



XİDMƏTLƏR
Şifahi hüquqi məsləhətlər
Mülki, Hərbi, Ailə, İnzibati, Kommersiya, Cinayət, İnzibati xəta, Əmək, Vergi hüquq sahəsinə aid olan,
Biznes sahəsində yeni başlayan fiziki və hüquqi şəxslərə gələcəkdə yaranacaq problemlərin qarşısının alınması, vergi və sosial öhdəliklər barədə şifahi məsləhətlərin verilməsi;
Vergi mübahisələri
Vergi yoxlamaları zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının bütün məhkəmə instansiyalarında müdafiəsi üzrə yüksək keyfiyyətli hüquqi yardım;
Kommersiya mübahisələri
Sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mülki (müqavilə öhdəliklərinin icrası və s.), və digər hüquq münasibətlərindən yaranan mübahisələrin həlli üzrə yüksək keyfiyyətli hüquqi yardım;
Mülki mübahisələr (məhkəmədənkənar və məhkəmə qaydasında)
Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi;
Bütün növ müqavilələlərin tərtib və təhlil edilməsi;
Əmək hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr üzrə hüquqların müdafiəsi.
İnzibati hüquq mübahisələri
Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının inzibati icraatda və bütün məhkəmə istansiyalarında müdafiə olunması;
Cinayət işləri və inzibati xətalar üzrə
Cinayət işləri üzrə fiziki və hüquqi şəxslərin hüquqlarının istintaq orqanlarında və bütün məhkəmə instansiyalarında müdafiə olunması,
İnzibati xətalara dair işlər üzrə fiziki və hüquqi şəxslərin hüquqlarının müvafiq inzibati orqanlarda və məhkəmə instansiyalarında müdafiə olunması;
Hüquqlarının müdafiəsini mənə etibar edənlər








