Cavadov Vüqar Şahmalı oğlu

Mən Cavadov Vüqar Şahmalı oğlu 17.01.1989-cu ildə Gəncə şəhərində anadan olmuşam. 2009-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm. 2011-ci il tarixdən 2020-ci il mart ayınadək yerli icra hakimiyyəti orqanlarında və məhkəmə orqanlarında hüquqşünas, hakim köməkçisi vəzifələrində işləmişəm. 10 ilə yaxın hüquq sahəsində professional təcrübəm var. 2020-ci il iyun ayından Vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm. İnzibati mübahisələrə dair işlər üzrə peşəkar təcrübəyə malikəm.