Mülki mübahisələr (məhkəmədənkənar və məhkəmə qaydasında)

Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi;
Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi;
Fiziki şəxsin fəaliyyət qabiliyyəti ilə bağlı məsələlərin həll edilməsi;
Mülkiyyət və digər əşya hüquqlarının müdafiəsi, əmlakın özgənin qanun
suz sahibliyindən geri götürülməsi;
Özbaşına tikintilərlə bağlı məsələlərin həll edilməsi, onların nəticələrinin aradan qaldırılması və ya tikintinin qanuniliyinin tanınması;
Müxtəlif növ əqdlərin (müqavilələrin və s.) etibarlı və ya etibarsız hesab edilməsi;
Mənzil mübahisələrinin həll edilməsi (mənzil hüquqlarının müdafiəsi, mənzilə köçürülmə, mənzildən çıxarılma və s.);
Torpaq mübahisələrinin həll edilməsi (torpaq sahəsinə olan hüquqların müdafiəsi, torpaq sahəsini zəbt etmiş şəxslərin çıxarılması, hüququn bərpa edilməsi, ərazinin boşaldılması və s.);
İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr;
Müəlliflik və əlaqəli hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr;
Vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, bölüşdürülməsi, vərəsəlik hüququndan məhrum etmə, qanun və ya vəsiyyət üzrə bütün növ vərəsəlik mübahisələrinin həll edilməsi.