Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması (torpaq, ev, qeyri-yaşayış sahəsi, mənzil və s.)

Daşınmaz əmlakın hüquqi statusunun və ya digər sənədlərinin hüquqi ekspertizası (hüququn növü barədə sənədlər, alqı-satqı, icarə və s. müqavilələr), mövcud qanunvericilik tələblərinə uyğunluğunun yoxlanılması;
Daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün sənədlər paketinin hazırlanması və təqdim edilməsi;
Daşınmaz əmlaka dair bütün hüquqların və ya yeni qeydlərin dövlət reyestrinə daxil edilməsinin həyata keçirilməsi və hüquq sahibinin təmsil edilməsi;
Daşınmaz əmlakın hüquqi statusunun dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi;
Daşınmaz əmlakın alqı-satqısı planının hazırlanması, əqdin bağlanmasından əmələ gələcək mənfi nəticələrin və risklərin qiymətləndirilməsi, onların aradan qaldırılması üçün məsləhətlərin verilməsi;
Daşınmaz əmlaka dair əqdlərin bağlanması üçün zəruri olan sənədlərin əldə edilməsi, müqavilələrin və s. sənədlər paketinin hazırlanması, sənədlərin müvafiq dövlət orqanına təqdim edilməsi;
Daşınmaz əmlakla bağlı yaranan mübahisələrin məhkəmədənkənar və məhkəmə qaydasında həll edilməsi üçün hüquqi təmsilçilik və müdafiə funksiyalarının yerinə yetirilməsi və s.