Sosial Təminat (pensiya) hüquqların müdafiəsi

Pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon (şəhər) Şöbələrinə müraciətlərin hazırlanması.
Yaşa, əlilliyə, güzəştli şərtlərlə, dövlət qulluqçusu kimi ailə başçısının itirilməsinə görə əmək pensiyalarının təyin olunması ilə əlaqədar hüquqi məsləhətlərin verilməsi.
Əmək fəaliyyəti faktının müəyyən edilməsi ilə bağlı hüquqi xidmətlər.
Hər növ əmək pensiyasının təyin edilməsi ilə əlaqədar inzibati orqana, məhkəməyə müraciət ərizələrinin, iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və məhkəmədə pensiyaçıların hüquqi müdafiəsinin həyata keçirilməsi.
Əmək pensiyasının yenidən hesablanması, yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi barədə hüquq xidmətləri.