Korporativ məsələlərin həlli

Hüquqi şəxsin təsis sənədlərinin hazırlanması, müvafiq dövlət qeydiyyat orqanına təqdim edilməsi, hüquqi şəxsin ilkin qeydiyyatı ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), hüquqi şəxsin ləğvi və ya fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı kompleks hüquqi xidmətlərin göstərilməsi;
Hüquqi şəxsin daxili sənədlərinin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun hazırlanması və rəsmiləşdirilməsi, mövcud sənədlərin ekspertizası və uyğunsuzluqların aradan qaldırılması;
Hüquqi şəxsin fəaliyyətində meydana çıxan hüquqi məsələlər üzrə məsləhətlərin, rəylərin və arayışların verilməsi;
Korporativ mübahisələrin məhkəmədənkənar və məhkəmə qaydasında həll edilməsi;
Lisenziyaların alınması, əmtəə nişanlarının dövlət qeydiyyatı, müəlliflik hüquqlarının müdafiəsi, reklam sahəsində qanunvericilik müddəalarının gözlənilməsi, haqsız rəqabətə qarşı hüquqi tədbirlər mexanizminin həyata keçirilməsi ilə bağlı kompleks hüquqi xidmətlərin göstərilməsi və s.