Kommersiya mübahisələri (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr)

Hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mülki (müqavilə öhdəliklərinin icrası və s.), və digər hüquq münasibətlərindən yaranan kommersiya mübahisələrin həll edilməsi;
Pretenziya məktublarının, iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması və digər tərəfə qanunla müəyyən edilmiş qaydada çatıdırılmasının təmin edilməsi;
Pretenziya məktublarına, iddia ərizələrinə, apellyasiya və kassasiya şikayətlərinə qarşı etiraz ərizələrinin tərtib olunması;
Hüquqi şəxslərlə, (şirkətlər) və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərlər təbii inhisar subyektləri (SOCAR, Azərsu, Azəriqaz və s) arasında məhkəmə mübahisələrinin həlli;
Kommersiya mübahisələri üzrə Azərbaycan Respublikası Kommersiya Məhkəmələrində apellyasiya və kassasiya instansiya məhkəmələrində Hüquqi şəxslərin (şirkətlər) və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin hüquq və qanuni mənafələrinin qorunması;