Sahibkarlara və Hüquqi şəxslərə (Şirkətlər) yüksək keyfiyyətli hüquqi yardım

Hörmətli izləyicilər,

Hazırki dövrdə sahibkarla, hüquqi şəxslərə dövlət orqanları arasında inzibati mübahisələr çoxluq təşkil edir. Çoxluq təşkil edən mübahisələrdən deyərdim ki, birincisi vergi mübahisələridir. Qanunvericiliyə əsasən vər bir sahibkarın  vergi və sosial siğorta öhdəlikləri var. Bəzən sahibkarlar istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, istərsə də sahibkarlıq faəliyyəti ilə məşğul olan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti zamanı vergi orqanlarının hərəkətləri və onlar üçün hüquqi məsuliyyət yaradan inzibati aktlarla rastlaşırlar. Təcrübəmdən deyə bilərəm ki, bir çox hallarda vergi orqanlarının bu hərəkətlərinin hüquqi əsası olmur. Bu hallar nəticədə əsassız yaranmış vergi borclarına, sahibkarların bank hesablarında olan pul vəsaitlərinin əsassız silinməsinə səbəb olur. Bu halların baş verməməsi, eləcə də əsassız hesablanmış vergi məbləğləri ilə bağlı hesab edirəm ki, hər bir sahibkarın mühasibi olduğu kimi, hər bir sahibkara yüksək keyfiyyətli hüquqi yardım göstərmək üçün VƏKİL-i olmalıdır. Nəzərinizə çatdırıram ki, yüksək keyfiyyətli hüquqi yardım yalnız VƏKİL-lər tərəfindən həyata keçirilir. İnzibati mübahisələrə dair İnzibati Məhkəmədə 10-ildən artıq hüquqi təcrübəmin olması bu sahədə yaranacaq hüquqi mübahisələr üzrə sahibkarları istər dövlət orqanları qarşısında, istərsə də Azərbaycan Respublikasının bütün instansiya məhkəmələrində müdafiə edərək, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərmək imkanındayam.

Hörmətli sahibkarlar Sizin sahibkarlıq fəaliyyətinizlə məşğul olun, biznesinizə hüquqi dəstəyi, Sizi və ya şirkətinizin hüquqlarını və qanuni maraqlarının müdafiəsini mənə həvalə edin.

Əlaqə üçün:   012-409-49-49,

                      050-400-49-49

                      advocate@vugar.az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir