Ailə Vəkili

“AİLƏ VƏKİLİ” xidmətindən yararlanan ailələr və onların ailə üzvləri (ər, arvad, uşaqlar, ana, ata) təqdim etdiyim hüquqi yardımdan günün 24 saatı istifadə edə bilərlər. Ailələrə vəkil tərəfindən yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi təmin olunur. Vəkilinizin Sizin ailənizi yaxından tanıması və məlumatlı olması gələcəkdə hər hansı bir problemin həllini yüngülləşdirir və tezləşdirir. Ailə Vəkili müqaviləsi bağlamış ailələrə məhkəmədə hüquqların müdafiəsi üçün müqavilələrin bağlandığı zaman endirimli tariflər tətbiq olunur.

Bütün hüquqi konsultasiyaların ( ailə, mülki, əmək, mənzil və s.) şifahi, elektron poçt, sosial şəbəkələrdə olan hesablarım və whatsapp vasitəsilə aparılması. Konfliktli və riskli vəziyyətlərdə hüquqi davranışla əlaqədar məsləhətlərin verilməsi, mübahisələrin həlli istiqamətində mühüm tədbirlər. Üçüncü şəxslərlə münasibətlərdə təmsilçilik. Hüquqi sənədlərin hazırlanması, sənədlərin, müqavilələrin ekspertizası, sorğuların verilməsi, sənədlərin toplanması. Ailənin maraqlarında digər hüquqi hərəkətlərin edilməsi. Hüququn və qanunvericiliyin izah olunması, ailə üzvlərinin hüquqları və öhdəlikləri barədə məlumatın verilməsi.

Təqdim olunan “AİLƏ VƏKİLİ” xidməti ailələrə münasib vaxtda və ya ehtiyac yarandıqada hüquqlarının müdafiəsi olunması üçün vəkilin hüquqi yardımından yararlanmasına imkan verir.

Hörmətlə: Azərbaycan Respublikasl Vəkillər Kollegiyasının üzvü Vəkil Vüqar Cavadov

1 Şərhi

  1. Salam, bu bir şərhdir.
    Şərh moderasiyasına başlamaq, redaktə etmək və silmək üçün lütfən nəzarət lövhəsindəki şərhlər bölməsini ziyarət edin.
    Şərhçilərin avatarları Gravatar üzərindən gəlməkdədir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.